Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında altı minədək fәlәstinli mәhbus var.
Bu barәdә Qәzzadakı Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib.
Mәlumatda görә, İsrail әsgәrlәri Qәzza zolağında ‘‘milyonluq yürüş’’ adı altında keçirilәn etiraz aksiyasına sәrt müdaxilә edib. Müdaxilә zamanı çox sayda aksiyaçı müxtәlif dәrәcәli xәsarәtlәr alıb. Açıqlamada xәsarәt alanların vәziyyәti ilә bağlı әtraflı mәlumat verilmәyib.
Qeyd edәk ki, fələstinlilər 2018-ci ilin 30 mart tarixindәn etibarәn işğal altındakı Qəzza zolağında ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.
İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına geri qayıtmağı və 2006-cı ildәn bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhaliyə həqiqi güllələrlə hücum edir.
İsrail əsgərlərinin 2018-ci ilin 30 mart tarixindәn etibarәn keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә 320-dәn çox fәlәstinli şәhid olub, 18 min 500 fәlәstinli isә yaralanıb.
Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında altı minədək fәlәstinli mәhbus var.