Sionist İsrail ordusunun Suriyanın Homs əyalətinin Quseyr rayonuna hava hücumu təşkil etdiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, Suriyanın Əl-İxbariyyə televiziyasının xəbərinə görə, qatil İsrail ordusu Suriyanın Homs əyalətinin cənubunda yerləşən Qusayr rayonunda körpülərdən birini vurub.
Xəbərdə "İsrail ordusu Livan sərhədi yaxınlığındakı Quseyr bölgəsində körpülərdən birini vurub" deyilir.
Suriyada yayımlanan Sham FM, hücumun maddi ziyana səbəb olduğu barədə məlumat paylaşıb.