İsrail ordusu şimala qayıtmağa çalışan fələstinlilərə atəş açıb

İsrail ordusu şimala qayıtmağa çalışan fələstinlilərə atəş açıb

İsrail ordusunun toqquşmalara humanitar fasilə verilən Qəzza zolağında bölgənin cənubundan şimala qayıtmağa çalışan fələstinlilərə İsrail ordusunun atəş açması nəticəsində fələstinlilərdən biri ölüb, çoxlu sayda fələstinli yaralanıb.

Şahidlərin sözlərinə görə, İsrail ordusu Qəzza zolağının cənubundan Qəzza şəhərinə və şimal bölgələrinə qayıtmağa çalışan köçkün fələstinlilərə atəş açıb.

Səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail əsgərlərinin açdığı atəş nəticəsində əksəriyyəti ayağından olmaqla çox sayda fələstinli yaralanıb, biri isə həlak olub.

Yaralıların təcili yardım maşınları ilə Əqsa Şəhidləri Xəstəxanasına aparıldığı bildirilib.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.

Qəzza hökumətinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 6 min 150-dən çoxu uşaq və 4 mindən çoxu qadın olmaqla, 14 min 854 nəfər həlak olub.

Xəbəri paylaş

VİDEOLAR