İsrail ordusu Qəzzada 14 mindən çox uşağı vəhşicəsinə qətlə yetirib

İsrail ordusu Qəzzada 14 mindən çox uşağı vəhşicəsinə qətlə yetirib

Qəzza hökumətinin Media Ofisindən verilən məlumata görə, İsrail ordusu oktyabrın 7-dən bu yana Qəzza zolağında müdafiəsiz Fələstin xalqına, dinc sakinlərə, uşaqlara və qadınlara qarşı 2848 qırğın törədib.

Az.rasthaber.com xəbər verir ki, İsrailin Qəzza zolağında 170 gündür etdiyi hücumlarda 14.280-i uşaq, 9340-ı qadın olmaqla 32.226 nəfər həyatını itirib, 74.518 nəfər isə yaralanıb.

İsrail hücumlarının qurbanlarının 73 faizi qadın və uşaqlardır. Həlak olanlar arasında 364 səhiyyə işçisi, 48 mülki müdafiə əməkdaşı və 136 jurnalist də var. Qəzzada indiyədək 27 uşaq aclıqdan ölüb. Dağıntılar altında qalan adamların sayı 7 mindir. İsrailin hücumları nəticəsində valideynlərindən birini və ya hər ikisini itirən uşaqların sayı isə 17 minə çatıb.

Xəbəri paylaş

VİDEOLAR