İsrail ordusu Nablusda daha bir fələstinli gənci qətlə yetirib

İsrail ordusu Nablusda daha bir fələstinli gənci qətlə yetirib

Sionist əsgərlər İordan çayının qərb sahilində Nablusun cənubundakı hərbi nəzarət məntəqəsinə atəş açaraq bir fələstinli gənci qətlə yetiriblər.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim qüvvələri cümə günü gecə Nablusun cənubundakı Havara keçid məntəqəsində daha bir fələstinli gənci qətlə yetiriblər.

Fələstin Qızıl Aypara Təcili Tibbi Yardım Mərkəzinin direktoru Əhməd Qabriel deyib: “Abdullah Semih Əhməd Kalalu adlı bu gənc (25 yaşında) Ceninin cənubundakı əl-Cədidə kəndinin sakini idi.

Bu gənc aldığı yara nəticəsində dünyasını dəyişib və cəsədi Nablusdakı Rafidiya Dövlət Xəstəxanasına aparılıb.

Sionist rejimin mediası iddia edib ki, bu gənc fələstinli avtomobilindən düşüb sionist əsgərlərdən birinə hücum etmək və onun silahını almaq istəyib. Daha sonra isə sionist mediası bu gəncin heç bir silah daşımadığını elan edib.

Bu fələstinli gəncin ölümü ilə bu ilin əvvəlindən fələstinli şəhidlərin sayı 8-i uşaq, 1-i qoca olmaqla 36 nəfərə çatıb.

Xəbəri paylaş

VİDEOLAR