Fələstin mediası sionist ordusunun Nablus şəhəri və Balata düşərgəsinə genişmiqyaslı hücum həyata keçirdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Nablus şəhəri və Balata düşərgəsinə basqın edən sionist rejim qüvvələri ilə Fələstin müqavimət qüvvələri arasında şiddətli toqquşmalar baş verib.
Fələstin İslami Cihad hərəkatının hərbi qanadı olan Saraya əl-Qüds qüvvələrinin İsrail qüvvələri ilə münaqişəyə girdiyini və onları güllə və bombalarla hədəfə aldığını açıqlayıb.
Məsələ ilə bağlı Fələstin Qızıl Aypara Cəmiyyəti Nablus şəhər mərkəzindəki Süfyan küçəsində baş verən qarşıdurmada çox sayda insanın yaralandığını açıqlayıb.
Sionist rejim qəzetlərindən biri olan “Yediot Aharonot” qəzeti yazıb: “İordan çayının qərb sahilində hərbi əməliyyatların güclü əlamətləri var. Lakin bu hücumun həmin əməliyyatın bir hissəsi olub-olmadığı məlum deyil".
Əl-Əqsa Şəhidləri Briqadaları da öz qüvvələrinin əl-Maric küçəsində sionist İsrail qüvvələri ilə qarşılaşdığını və bir hərbi maşını bomba ilə zərərsizləşdirdiklərini açıqlayıb.