Sionist rejimin Qırmızı Aypara Cəmiyyətinin bildirdiyinə görə, indiyə kimi bu hücumlarda 4 nəfər yaralanıb.
Rasthaber Azərbaycan xəbər verir ki, sionist rejim işğal olunmuş ərazilərə atılan raketlərə cavab olaraq Livanın cənubundakı əraziləri, o cümlədən Əl-Xəyyam bölgəsini artilleriya ilə atəşə tutub.
Sionist rejimin Qırmızı Aypara Cəmiyyətinin bildirdiyinə görə, indiyə kimi bu hücumlarda 4 nəfər yaralanıb.
Hadisədən sonra sionist rejimin baş naziri Neftali Bennet geniş təhlükəsizlik məsləhətləşmələri aparmaq üçün dərhal parlament (Knesset) iclasını tərk edib.
Deyilənlərə görə, hücum Livandakı fələstinli təşkilatlar tərəfindən həyata keçirilib.