İsrail ordusu Livan sərhədində irəliləyə bilmir

İsrail ordusu Livan sərhədində irəliləyə bilmir

Livan Hizbullah Hərəkatının media sözçüsü bu hərəkatın raket ehtiyatlarının hələ tam qaldığını və raketlərin Hayfa və Təl-Əvivdəki hədəflərə bundan sonra da zərbə endirəcəyini bəyan edib.

O bildirib ki, sionist rejimin müharibə nazirinin iddialarının əksinə olaraq Livan Hizbullahının raket ehtiyatlarının tamdır və bu hərəkat ilk dəfə Fatih raketlərindən istifadə edib.
Hizbullah sözçüsü vurğulayıb: “Biz hər gün sionist rejimi hədəfə alacağıq və bütün cəbhələrdə tam hazırıq”.
Əfif həmçinin Fələstinlə beynəlxalq həmrəyliyin artmasına işarə edib, müxtəlif ölkələrdə, o cümlədən Hollandiyada keçirilən xalq nümayişlərini təqdir edib.
Hizbullahın mətbuat katibi qeyd edib ki, müqavimət döyüşçüləri öz təşəbbüsləri ilə sionist düşməni təəccübləndiriblər.

Xəbəri paylaş

VİDEOLAR