Sionist ordu bu rejimin dörd hərbçisinin Rəfah bölgəsində pusquda öldürüldüyünü etiraf edib.
Az.rasthaber.com xəbər verir ki, Əl-Cəzirə xəbər kanalına istinadla verdiyi xəbərə görə, İsrail ordusu bir bəyanatda bildirib ki, çərşənbə axşamı axşam Qəzza zolağının cənubundakı Rəfah bölgəsində bu rejimin dörd hərbçisi, o cümlədən bir zabit pusquda həlak olub.
Sionist rejim ordusunun bəyanatında bildirilir ki, ölənlərdən biri Qafaati briqadasına bağlı “Şakid” batalyonunda olan bölüklərdən birinin komandir müavinidir.