İsrail ordusu 18 konteyner sursatın oğurlandığını etiraf edib

İsrail ordusu 18 konteyner sursatın oğurlandığını etiraf edib

Sionist rejim ordusu bir neçə günlük sükutdan sonra İsrail bazasında quldurluq olduğunu və 18 konteyner sursatın oğurlandığını etiraf edib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim mediası bu xəbəri açıqlayıb və bildiriblər ki, bu naməlum quldurlar tərəfindən həyata keçirilən soyğunçuluq Negev səhrasındakı bazada baş verib və quldurlar bazaya daxil olduqdan sonra 18 konteynerin qapılarını sındıraraq külli miqdarda sursat oğurlayıblar. 

Təsnimin xəbərinə görə, Sionist Rejim mediası da bu quldurluğun ötən həftə baş verdiyini və sionist rejim ordusunun araşdırmalarına başlandığını elan edib.

Sionist rejimin sözçüsü bu hadisənin baş verdiyini etiraf edərək, silah-sursatın da oğurlandığını, araşdırmalar başa çatdıqdan sonra nəticələrin baş hərbi prokurorluğa göndəriləcəyini, yekun qərarın orada veriləcəyini və detalların verilib-verilməyəcəyi səlahiyyətlilərdən asılıdır.

Xəbəri paylaş

VİDEOLAR