İsrail Ənsarullaha təslim oldu: Eylat limanını boşaltdı

İsrail Ənsarullaha təslim oldu: Eylat limanını boşaltdı

İşğal olunmuş ərazilərin cənubunda Qırmızı dəniz sahilində yerləşən Eylat limanı Yəmənin İsrailə qarşı təhdidlərindən sonra yararsız hala düşüb.

Az.rasthaber.com xəbər verir ki, Misir xəbər agentliklərinin məlumatına görə, "İşğal edilmiş ərazilərin cənubunda yerləşən Eylat limanı Ənsarullah hərəkatının təhdid və hərəkətlərindən sonra ilk dəfə boşaldılıb".

Yəmənlilər çoxdan elan etmişdilər ki, İsrailin Qəzzaya qeyri-insani hücumlarından sonra Qırmızı dəniz və Bab əl-Məndəbdən keçən İsrailə bağlı istənilən gəmiyə hücum edəcəklər və işğalçı gəmilərə keçidə icazə verməyəcəklər.

Bu çərçivədə İsraillə əlaqəsi olan və ya yəhudi iş adamlarına məxsus, təyinatları İsraildə olan gəmilər Yəmən qüvvələri tərəfindən bir neçə dəfə hədəfə alınıb.

Xəbəri paylaş

VİDEOLAR