Media mənbələri bu gün (çərşənbə) sionist rejimin Livanla atəşkəs razılaşmasını yenidən pozaraq bu ölkənin cənubundakı bölgələrə hücum etdiyini bildiriblər. Bu hücumda bir livanlı şəhid olub və bir neçə nəfər yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, Əl-Cəzirə telekanalı sionist rejim ordusunun Livanın cənubundakı Eynata qəsəbəsindəki bir binanı hava hücumu ilə hədəfə aldığını açıqlayıb.
Livanın Səhiyyə Nazirliyi də bildirib ki, bu evə hücum nəticəsində bir nəfər şəhid olub və daha bir neçə nəfər yaralanıb.
Sionist rejim ordusu "Beyt Liv" yaşayış məntəqəsinə də pilotsuz təyyarə ilə hücum edib.