İsrail mülki vətəndaşları təhdid etdi

İsrail mülki vətəndaşları təhdid etdi

İsrail hərbi qüvvələri Livanda və Qəzza zolağında mülki obyektləri hədəfə ala bilər.

Rasthaber Azərbaycan İsrail mətbuatına istinadla xəbər verir ki, belə bir bəyanatla Milli təhlükəsizlik tədqiqatları İnstitutu tərəfindən təşkil edilən beynəlxalq konfransda İsrail Baş Qərargah rəisi Aviv Kohavi çıxış edib.

“Raket hansısa evin yanında aşkarlanıbsa, artıq bu ev hərbi hədəf hesab olunur”, – İsrail rəsmisi bildirib.

Kohavinin iddiasına görə, Qəzza zolağında Livanın “Hizbullah” təşkilatına aid çox sayda raket anbarları mövcuddur: “Hər beş evdən birində raket saxlanılır”.

Baş Qərargah rəisi deyib ki, onlar beynəlxalq hüququ pozmaq istəmirlər və ancaq hərbi obyektlərə zərbə endirəcəklər. Amma raket hər hansı yaşayış evinin yaxınlığında olsa, həmin ev də hücuma məruz qalacaq.

Xəbəri paylaş

VİDEOLAR