İşğalçı İsrail ordusunun Qəzza zolağının şimalında həyata keçirdiyi hücumlarda 7 fələstinli şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, qatil İsrail ordusunun Qəzzanın şimalındakı Beyt Lahiya qəsəbəsinə təşkil etdiyi hücumlarda 7 nəfər şəhid olub, çoxlu sayda fələstinli yaralanıb.
Beyt Lahiya bölgəsində gündüz saatlarında həyata keçirilən hücumda 5 fələstinlinin şəhid olduğu, günün ilerleyen saatlarında eyni bölgədə Avde ailəsinə aid bir evə edilən hücumda isə 2 nəfərin şəhid olduğu bildirilib.
İşğalçı İsrail ordusu oktyabrın 5-dən Qəzza zolağının şimal hissəsini təşkil edən Cibəliyyə, Beyt Lahiya və Beyt Hanun qəsəbələrini sıx mühasirəyə alır.
Sionist İsrail aclıq, humanitar yardımların bölgəyə girişini əngəlləmək və xəstəxanaları hədəfə almaq kimi əməlləri ilə bölgə xalqını köç etməyə məcbur edir.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 min 492-si uşaq, 11 min 979-u qadın olmaqla 55 min 28 fələstinli şəhid olub, 106 min 962 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.