İsrail mülki əhalini bombalamağa davam edir

İsrail mülki əhalini bombalamağa davam edir

Sionist İsrailin Qəzza zolağına havadan, dənizdən və qurudan hücumları 27-ci gündür ki, davam edir.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin “Vəfa” xəbər agentliyinin Fələstin Qızıl Aypara Cəmiyyətinə əsaslanaraq verdiyi xəbərə görə, sionist İsrail döyüş təyyarələri səhər tezdən Qüds xəstəxanası yaxınlığında bir sıra hava hücumları həyata keçirib.

Sionist rejim qüvvələri dəfələrlə təqribən 14 min vətəndaşın, o cümlədən yüzlərlə xəstə və yaralının sığınacaq aldığı xəstəxananı bombalamaqla hədələyib.

Qızıl Aypara daha əvvəl xəstəxananı boşaltmayacağını təsdiqləmiş və mümkün kütləvi ölümlərin qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti dərhal müdaxilə etməyə çağırmışdı.

Cibaliya qaçqın düşərgəsi və bir çörək sexi yenidən vurulduqdan sonra sionist İsrailin Qəzzada gecə boyu bombardmanı davam edir.

Qəzzada fələstinli şəhidlərin sayı ən az 8 min 805-ə yüksəlib.

Qəzza şəhərindəki İndoneziya Xəstəxanası yanacaq çatışmazlığı səbəbindən onun əsas generatoru dayandığı üçün ehtiyat generatora keçməli olub.

Əl-Şifa xəstəxanasında vəziyyətin getdikcə pisləşdiyi açıqlanıb.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi UNOCHA-nın verdiyi məlumata görə, oktyabrın 7-dən bəri Qəzzada 11 çörək zavodu vurulub və məhv edilib.

UNOCHA dağıdılan çörək zavodlarından altısının Qəzza şəhərində, ikisinin Cibaliyədə, ikisinin Mərkəzi Bölgədə və birinin Xan Yunisdə olduğunu açıqlayıb.

UNOCHA, çərşənbə günü Qəzzada yalnız doqquz çörək zavodunun fəaliyyət göstərdiyini və insanların "saatlarla növbələrdə" gözləyərkən "hava zərbələrinə məruz qaldığını" söylədi.

Xəbəri paylaş

VİDEOLAR