İsrail Misirə təbii qaz ixrac ətməyə başlayıb

İsrail Misirə təbii qaz ixrac ətməyə başlayıb

Yanvarın 15-dən tutmuş İsrail təbii qazı Misirə göndərilməyə başlanıb.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İsrailin Enerji Nazirliyi Misirə təbii qaz ixracına başlandığını açıqlayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, yanvarın 15-dən tutmuş İsrail təbii qazı Misirə göndərilməyə başlanıb.

Bu addım iki ölkənin də iqtisadi maraqlarına xidmət edəcək. İsraildən göndərilən qazın bir hissəsi Misirdə mayeləşdirilərək Avropaya da ixrac olunacaq.  

Qeyd edək ki, İsrail yavnarın 1-də də Aralıq dənizindəki təbii qaz sahələrindən Leviathandan çıxan qazı İordaniyaya ixrac etməyə başlayıb.

İsrailə məxsus Leciathan və Tamar təbii qaz ehtiyatlarının işlədilmə hüququna sahib şirkətlər ilə Misirin Dolphinus şirkətinin 2019-cu ildə qəbul etdiyi müqaviləyə görə, İsrail 15 il müddətində 19,5 milyard dollar məbləğindəki 85 milyard kubmetr qazı Misirə ixrac edəcək.

Xəbəri paylaş

VİDEOLAR