İsrail minlərlə mülki vətəndaşı öldürməkdə davam edir

İsrail minlərlə mülki vətəndaşı öldürməkdə davam edir

İslam Əməkdaşlıq Təşkilatından (İƏT) verilən yazılı açıqlamada sionist İsrailin 7 oktyabrdan bəri bombardman altında olan Qəzza zolağında səhiyyə və təhsil xidmətlərini hədəf almasına reaksiya verilib.

Az.rasthaber.com xəbər verir ki, açıqlamada bu ifadələr yer alıb:

"İsrail ordusu Qəzza zolağında Şifa xəstəxanası şəhərciyinin girişində təcili yardım maşınlarını hədəfə alaraq vəhşi cinayət törətdi. Bu hücum nəticəsində əksəriyyəti tibb işçiləri, qadınlar və xəstələr olmaqla onlarla günahsız mülki şəxs həyatını itirdi.

Beynəlxalq hüquqa görə, bu hücum həm hərbi cinayətdir, həm də cəzasız qalmamalı olan qeyri-insani cinayətdir. Elektrik enerjisinin kəsilməsi, dərman və tibbi ləvazimatların tükənməsi ilə yanaşı, birbaşa hücumlarla səhiyyə xidməti tamamilə çökə bilər. Humanitar və Tibbi yardım ən qısa zamanda Qəzzaya çatdırılmalıdır”.

Qəzza zolağında xəstəxanalarda xidmətlər çökərsə, humanitar fəlakət də baş verə bilər. Biz beynəlxalq ictimaiyyətdən atəşkəsin dərhal təmin edilməsi üçün müdaxilə etməyi xahiş edirik.

İsrail ordusunun Qəzzaya hücumları dayandırılmalı və Fələstin xalqı qorunmalıdır.

Xəbəri paylaş

VİDEOLAR