Sionist İsrailin rəsmi televiziyası KAN etibarlı mənbələrə əsaslanaraq bildirib ki, Netanyahu bir neçə saat ərzində hökuməti genişləndirmək və Gallantı istefaya göndərmək qərarını açıqlayacaq.
Az.rasthaber.com xəbər verir ki, Netanyahunun ofisi, ədliyyə naziri Yariv Levin və Yeni Ümid Partiyasının sədri Gideon Saar arasında “isti danışıqların” davam etdiyi bildirilir.
Xəbərə görə, hər iki tərəf əldə olunacaq razılaşmanın elanı üçün “son nöqtələr”lə məşğuldur.
Bundan əlavə, adı açıqlanmayan mənbələrin verdiyi məlumata görə, vəzifədən çıxarılacaq Qallantın yerinə Saarın Müdafiə Nazirliyinə təyin olunacağı gözlənilir.
Digər tərəfdən, Yediot Ahronot qəzeti Qəzza zolağında saxlanılan israillilərin ailələri də daxil olmaqla yüzlərlə nümayişçinin Saarın Tel-Əvivdəki evinin qarşısında etiraz aksiyası keçirdiklərini və onun hökumətdə iştirakına qarşı olduqlarını bildirib.
Haaretz qəzeti də öz xəbərində Netanyahunun ofisinin son günlər mesajlar yaydığını, baş nazirin İsrail ordusunu Livana geniş miqyaslı hücuma çağırdığını, lakin müdafiə naziri Gallantın buna qarşı çıxdığını qeyd edib.
Xəbərdə Netanyahunun Livana hücumun olub-olmamasından asılı olmayaraq Gallantı vəzifədən azad etmək üçün zəmin hazırladığı iddia edilib.
İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvir, sosial media hesabında etdiyi paylaşımda bildirib: "O, bunu etmək üçün düzgün adam deyil”.