İsrail mediası: Məhbus mübadiləsi təxirə salındı

İsrail mediası: Məhbus mübadiləsi təxirə salındı

Sionist İsrail mediası HƏMAS ilə qarşıdurmalarda humanitar fasilə çərçivəsində həyata keçirilməsi gözlənilən məhbus mübadiləsi prosesinin cümə günündən əvvəl başlamayacağını iddia edib.

Az.rasthaber.com xəbər verir ki, sionist Rejim Təhlükəsizlik Şurası HƏMAS ilə qarşıdurmalarda humanitar fasilə çərçivəsində həyata keçirilməsi gözlənilən əsir mübadiləsi prosesinin cümə günündən əvvəl başlamayacağını açıqlayıb.

Həmas Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Musa Əbu Mərzuk dünən bildirib ki, sionist İsraillə humanitar fasilə üçün razılaşma cümə axşamı saat 10:00-da başlayacaq.

Sionist İsrail və HƏMAS arasında Qətər və Misirin vasitəçiliyi ilə məhbus mübadiləsi razılaşması əldə olunub. Bu çərçivədə İsrail həbsxanalarında olan 150 fələstinli məhbus HƏMAS-ın saxladığı 50 sionist məhbusun qarşılığında azad ediləcək.

Xəbəri paylaş

VİDEOLAR