İsrail mediası: Hizbullahın hücumunda 1 milyon işğalçı zərər çəkdi

İsrail mediası: Hizbullahın hücumunda 1 milyon işğalçı zərər çəkdi

İşğalçı İsrail rejimi ilə Hizbullah arasında artan gərginlik gecə saatlarından başlayaraq Hizbullahın sərhəddən 46 kilometr uzaqlıqdakı Hayfa şəhəri ətrafında həyata keçirdiyi əməliyyatlarla pik həddə çatıb.

Az.rasthaber.com xəbər verir ki, Hizbullahın Ramat David hava bazası və sionist müdafiə sənayesi şirkəti Rafael şirkətinin bölgədəki qərargahını hədəf alan əməliyyatları oktyabrın 8-dən etibarən Hizbullahın sərhədin ən dərin bölgəsi olan Hayfada həyata keçirdiyi “ilk əməliyyat” kimi xarakterizə edilib.

Hizbullah bu əməliyyatlarda “Fadi-1” və “Fadi-2” raketlərindən istifadə etdiyini açıqlayıb. Hizbullahın daha əvvəl paylaşdığı məlumata görə, “Fadi-1”in diametri 220 millimetr və atış məsafəsi təqribən 80 kilometr, “Fadi-2”nin diametri isə 302 millimetr və atış məsafəsi 105 kilometrdir.

Sionist rejim telekanallarından biri olan Kanal 12-nin xəbərinə görə, Hizbullahın əməliyyatları zamanı üç nöqtə vurulub və bu kanal öz bəyanatında “Bu hücumda 1 milyondan çox insan zərər çəkib” deyib.

Xəbəri paylaş

VİDEOLAR