Hizbullahın son hücumları, xüsusən də Tel-Əvivin hədəf alınması, İsrailin mövcud hava müdafiə sistemlərinin səmərəliliyini şübhə altına aldı.
Rasthaber Azərbaycan xəbər verir ki, İsraildə hərbi uğursuzluqlar xaosa sürükləyib. Mediada təşviş halları çoxalıb.
Onlar bildirirlər ki, İsrailin “Dəmir Qübbə” kimi hava müdafiə sistemləri, Livan sərhədindən atılan raketlərin bir hissəsini dəf etsə də, sistemin bəzi kritik hallarda uğursuz olması, İsrailin hərbi mövqeyinin zəif tərəflərini üzə çıxardı. Bu uğursuzluqlar, hərbi itkilərin artmasına, və ən əsası, hərbi infrastrukturun zərər görməsinə səbəb oldu.
İsrail mediasının hətta Hizbullah tərəfindən İsrailin bir neçə nöqtəsinin vurulması ilə bağlı canlı yayım verməsi, İsrail daxilində ciddi qorxu və narahatlıqların hər an artdığını göstərir. Bu hücumlar, İsrailin qarşısında təkcə hərbi deyil, həm də psixoloji bir sarsıntı yaratdı. Yüksək dəqiqliklə aparılan əməliyyatlar və geniş miqyaslı raket hücumları, ölkənin müdafiə sistemlərini ciddi təhdid etməyə başladı. Bu, İsraildə yaşayanların qorxu və narahatlığını artıraraq, hökumət üzərində ciddi təzyiq yaratdı.