İsrail ordusunun Livanın cənubundakı sərhəd bölgəsinə ağ fosfor bombası ilə hücum etdiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, Livanın rəsmi NNA agentliyinin yaydığı xəbərə görə, İsrail qüvvələri Livanın Meys əl-Cəbel qəsəbəsini fosfor bombası ilə hədəf alıb.
İsrail ordusu həmçinin sərhəd bölgəsində yerləşən Rəşafi şəhəri, Alma əş-Şaab, Mecdel və Teyr Harfa şəhəri ətrafındakı əraziləri də artilleriya atəşinə tutub.
Hizbullah da son 24 saat ərzində İsrailin 18 hərbi məntəqəsinə hücum edib.
Hizbullahın verdiyi son bəyanatda Yiftah, Əl-Malikiyye, Birket Rişe, Ziryat, Er-Rahib, Bustan, Cəl əl-Alem və Ramyadakı İsrail hərbi məntəqələrinin idarə olunan raketlərlə vurulduğu qeyd olunub.
Hizbullah daha əvvəl İsrailin 10 hərbi məntəqəsinin hədəf alındığını açıqlamışdı.