Israil Livanın cənubuna hücum edib

Israil Livanın cənubuna hücum edib

Sionist İsrail ordusunun Livanın cənubundakı bir kəndə həyata keçirdiyi hava hücumu nəticəsində 3 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, sionist İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın Sur şəhərinin Sultaniyyə kəndindəki bir evə hava hücumu həyata keçirib.

Hücumda sözügedən ev tamamilə dağılıb, dağıntılar altında 3 nəfərin cansız cəsədi tapılıb və çoxlu sayda insan yaralanıb.

Ölənlərin kimliyi ilə bağlı məlumat paylaşılmayıb.

Bundan əlavə, sionist İsrail ordusu Livanın cənubunda sərhəd bölgəsində yerləşən Kfarkilla qəsəbəsində bir evi raketlərlə vurub.

Hücum zamanı insan itkisi olmayıb.

Xəbəri paylaş

VİDEOLAR