İsrail Livandakı mülki insanları hədəfə alıb

İsrail Livandakı mülki insanları hədəfə alıb

Sionist İsrail ordusunun Livanın cənubunda 3 mərtəbəli binaya hava hücumu təşkil etdiyi və hadisədə ölən və yaralananların olduğu bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, sionist İsrail aviasiyası ölkənin cənubundakı Əl-Cümeymə qəsəbəsində 3 mərtəbəli binaya hücum edib.

Hücum nəticəsində binanın tamamilə dağıldığı və dağıntılar altında qalanların xilas edilməsi üçün axtarışların davam etdirildiyi bildirilib.

Xəbərdə hücum nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, sayı barədə məlumat verilməyib.

Xəbəri paylaş

VİDEOLAR