Sionist İsrail rejiminin təyyarələri Livanla atəşkəsi dəfələrlə pozduqdan sonra bu cümə səhəri bu ölkənin şərq bölgəsini iki dəfə hədəfə alıb.
Az.rasthaber.com xəbər verir ki, Tesnim Xəbər Agentliyinin məlumatına görə, Livan mediası bu gün səhər saatlarında atəşkəsin İsrail rejimi tərəfindən pozulduğunu açıqlayıb və İsrail rejiminin bəzi bölgələri hədəf aldığını bildirib.
Bu xəbərə görə, İsrail rejimi təyyarələri Livanın şərqindəki Əl-Bəqa vilayətinin Kusaya bölgəsini iki dəfə bombalayaraq atəşkəsi açıq şəkildə pozub.
Noyabrın 27-də sionist rejim ilə Livan arasında imzalanan atəşkəs sazişindən sonra İsrail ordusu Livanın bölgələrinə hava zərbələri endirərək, atəşkəsi 200 dəfədən çox pozub.
Cümə axşamı ivrit dilində çıxan Ha'aretz qəzeti İsrail ordusunun atəşkəs razılaşmasında nəzərdə tutulan 60 gündən sonra Livanın cənubunda qalmağı planlaşdırdığını bildirib.