İsrail Livanda 300-dən çox günahsız insanı qətlə yetirib

İsrail Livanda 300-dən çox günahsız insanı qətlə yetirib

İsrail təkcə son həftə ərzində Livanda 300-dən çox günahsız insanı qətlə yetirib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT rəsmisi bildirib.

Qeyd edilib ki, İsrailin təcavüzkarlığı səbəbi ilə son bir həftədə 250 min livanlı olmaqla, ümumilikdə 600 min livanlı öz evlərini tərk etmək məcburiyyətində qalıb ki, bu insanların da böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

İsrail Livanın ərazisinin 25%-nə zərbələr endirir.

Bildirilir ki, İsrail Livanla yanaşı, Suriya, Qəzza sektoru, İordan çayının Qərb sahilinə də hücumlar edir ki, bu bda regionun böyük müharibə təhlükəsi qarşısında olduğunun göstəricisidir.

Xatırladaq ki, İsrail indiyədək Livanda əksəriyyəti uşaqlar və qadınlar olan 2 169 dinc sakini qətlə yetirib, 10 212 nəfəri isə yaralayıb.

Bundan başqa, İsrail Qəzza sektorunda da soyqırımı törətməyə davam edir. 2023-cü il 7 oktyabrdan bəri böyük əksəriyyəti uşaqlar və qadınlar olan 42 mindən çox günahsız qəzzalını qətlə yetiib, təxminən 100 min nəfəri yaralayıb.

Xəbəri paylaş

VİDEOLAR