İsrail Livan-Suriya sərhədində İran Qızıl Aypara Cəmiyyətinin səhra xəstəxanasını vurdu

İsrail Livan-Suriya sərhədində İran Qızıl Aypara Cəmiyyətinin səhra xəstəxanasını vurdu

İranın Qızıl Aypara Cəmiyyəti sionist İsrailin Livan-Suriya sərhədində İran səhra xəstəxanasını vurduğunu açıqlayıb. Hücumda can itkisinin olmadığı, xəstəxananın tamamilə yandığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin bəyanatında deyilir

Bildirilib ki, ötən gecə hücumda zərər çəkmiş xəstəxana bu yaxınlarda İran Qızıl Aypara Cəmiyyəti tərəfindən İsrailin qanlı hücumları zamanı yaralanan livanlılara tibbi yardım göstərmək üçün yaradılıb.

İran Qızıl Aypara Cəmiyyətinin prezidenti Pir Hüseyn Kolivend hücumda heç bir insan itkisinin olmadığını bildirib və bu açıqlamanı verib:

"Bütün tibb komandamız təhlükəsizdir, lakin xəstəxananın təcili yardım maşınları, səhiyyə avadanlıqları və ləvazimatları məhv edilib".

Xəbəri paylaş

VİDEOLAR