İsrail işğalçıları İordan çayının qərb sahilində yeni həbslərə başlayıb

İsrail işğalçıları İordan çayının qərb sahilində yeni həbslərə başlayıb

Az.Rasthaber.com xəbər verir ki, bu gün səhər saatlarında İsrail işğalçı qüvvələri İordan çayının qərb sahilindəki ərazilərdə reydlər zamanı fələstinlilərə hücum edib və onlardan 11 nəfəri həbs edib.

Fələstinin WAFA agentliyinin məlumatına görə, işğalçılar Ramallah yaxınlığındakı Silvad kəndini zəbt edərək, sakinlərinə atəş açıb və zəhərli qaz olan qumbaraatanlardan istifadə ediblər. İsrail qüvvələri Ramallahın şərqində və şimalında yerləşən Beytin və Əbu Şeydam kəndlərinə də basqın edərək, ikisi qardaş olmaqla 7 gənci həbs ediblər.

Bundan əlavə, işğalçı qüvvələr Tulkərm şəhərinə basqın edərək şəhərin şərqindəki Zənnaba və İqtəba ətraflarında, Tülkərm qaçqın düşərgəsində və Nur Şəmsdə evlərə basqın ediblər. Anabta kəndində odlu silah və gözyaşardıcı qazdan istifadə etməklə azad edilmiş fələstinli məhbusu ələ keçiriblər.

İşğalçılar Əd-Dheyşa qaçqın düşərgəsində və Beytlehemdəki Takkua qəsəbəsində, Əl-Xəlilin bir sıra məhəllələrində və onun şimalındakı Arrub qaçqın düşərgəsində reydlər həyata keçirib. Orada fələstinlilərin əmlakı müsadirə edilib və 3 nəfər saxlanılıb.

İşğalçı ordunun əsgərləri Cenin və Zübubun şimal-şərqində, qərbində yerləşən Fəkkua və Cəlbun kəndlərinin girişlərinə səddlər çəkərək fələstinlilərin hərəkətinə mane olublar.

İşğal olunmuş Qüdsün yaxınlığında, Aqabat əl-Suvan, Cəbəl əl-Mükəbbər və əl-Aisəviyə rayonlarında işğalçılar fələstinlilərin evlərinə soyğunçuluq edir, onların əmlakına ziyan vurur, pul və avtomobillərini oğurlayırlar.

Dünən 9 fələstinli İordan çayının qərb sahilinin müxtəlif yerlərində işğalçı hakimiyyət tərəfindən mühasirəyə alınıb.

Xəbəri paylaş

VİDEOLAR