İsrail işğal edilmiş Fələstin torpaqlarında qanunsuz fəaliyyətlərini davam etdirir

İsrail işğal edilmiş Fələstin torpaqlarında qanunsuz fəaliyyətlərini davam etdirir

İordan çayının qərb sahilində yəhudi məskunlaşmalarına cavabdeh olan sionist İsrail ordusuna bağlı Mülki İşlər İdarəsinin Ali Planlaşdırma Şurası beynəlxalq hüquqa görə qeyri-qanuni hesab edilən yaşayış məntəqələrində yeni yaşayış məskənlərinin tikintisinə icazə verib.

Az.rasthaber.com xəbər verir ki, Şura təxminən 5700 yeni yaşayış binasının tikintisini, o cümlədən sionist rejimin öz qanunlarına görə də qeyri-qanuni hesab edilən 3 qeyri-qanuni yaşayış məntəqəsinin geriyə qüvvədə leqallaşdırılmasını təsdiqləyib.

Qeyd edək ki, təxminən 4 ay əvvəl 7 min 349 evi təsdiqləyən sionist İsrail, altı aydan az müddətdə cəmi 13 mindən çox yaşayış yeri üçün icazə verərək, nununla da bu il işğal altındakı İordan çayının qərb sahilində beynəlxalq hüquqa zidd olan yaşayış məntəqələrinin artırılması qərarı ilə rekord qırıb.

Xəbəri paylaş

VİDEOLAR