İsrail qüvvələri ötən gecə və bu gün sübh işğal altında olan İordan çayının qərb sahilində müxtəlif bölgələrdə basqınlar həyata keçirərək, onlarla fələstinlini həbs ediblər.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə fələstinli əsir və məhbusların işi üzrə fəaliyyət göstərən “Nadi əl-Əsir” təşkilatı bəyanat verib.
Təşkilat bildirib ki, İsrail qüvvələrinin ötən gecə və bu gün sübh çağı İordan çayının qərbində müxtəlif bölgələrdə həyata keçirdikləri basqınlarda 39 fələstinli saxlanılıb və həbs edilib.
Qeyd edək ki, İordan çayının qərb sahili 1967-ci ildən İsrailin işğalındadır. BMT Təhlükəsizlik Şurasının bu ərazilərin boşaldılması ilə bağlı qərarlarına baxmayaraq İsrail bölgədə qeyri-qanuni yəhudi yaşayış massivlərinin sayını 300-ə çatdırıb.