İsrail: İranın bu vəziyyəti bizi narahat edir

İsrail: İranın bu vəziyyəti bizi narahat edir

Sionist İsrailin Müdafiə naziri Benny Gantz İranın ölkəsinə təhdid olduğunu etiraf edib

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Yedioth Ahronoth qəzeti məlumat dərc edib.

Sionist İsrailin Müdafiə naziri Benny Gantz, Təl-Əviv yaxınlığındakı Dayan hərbi bazasında təşkil edilən mərasimdəki çıxışında bu barədə danışıb.

Nazir çıxışında İsrailin bəzi çətinliklərlə üzləşdiyini və Yaxın Şərqin köklü dəyişikliklərə səhnə olduğuna diqqət çəkib. Ölkəsinin qarşılaşdığı çətinliklər Livanın parçalanması, Suriya mənbəli təhdidlər və İranın bu hadisələrdəki rolu olduğunu vurğulayıb.

İranın nüvə silah sahibi olmasının İsrail baxımından ən dəhşətli təhdid hesab edildiyini, bu səbəbdən tədbirli olmalarının və müdafiə güclərini artırmalarının lazım gəldiyini sözlərinə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR