Sionist İsrail ordusu, İranın atdığı ballistik raketləri önləməkdə uğursuz olduğunu etiraf edib.
Az.rasthaber.com xəbər verir ki, işğal altındakı Fələstinin cənubunda yerləşən Be'er Şeva şəhərinə edilən raket hücumu nəticəsində 31 sionistin yaralandığı bildirilir.
Mehr xəbər agentliyinin məlumatına görə, Be'er Şeva şəhərinə yalnız bir raket atılıb. Həmin raketin Microsoft binasının yaxınlığına düşdüyü qeyd olunub.
İranın raket hücumundan sonra Be'er Şeva Dəmiryolu Stansiyası bağlanıb.
İslam İnqilabı Keşikçiləri Korpusu, İsrail rejiminə qarşı həyata keçirilən “Gerçək Vəd 3” adlı əməliyyatın davam edəcəyini açıqlayıb.