Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran prezidenti Seyid İbrahim Rəisi İsrailin genişmiqyaslı hücuma keçəcəyi təqdirdə məhv olacağını bildirib.
Az.rasthaber.com xəbər verir ki, İran prezidenti İbrahim Rəisi bildirib ki, İsrail İran ərazisinə genişmiqyaslı hücuma keçərsə, iki ölkə arasında dinamika köklü şəkildə dəyişəcək və “sionist rejim”dən heç nə qalmayacaq.
Rəisi deyib:
"İran İslam Respublikası Fələstin müqavimətini şərəflə dəstəkləməyə davam edəcək.".