İsrail: İran hakerləri iki nazirimizə saxta dəvət göndərib

İsrail: İran hakerləri iki nazirimizə saxta dəvət göndərib

İsrail mediası dekabrın 3-də bildirib ki, İran hökumətinin agentləri məlumat toplamaq və ya İsrailin yüksək rütbəli rəsmiləri ilə əlaqə saxlamaq üçün iki İsrail nazirinə saxta dəvət göndəriblər.

Az.rasthaber.com xəbər verir ki, İsrailin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı (Şin Bet) İran İslam Respublikasının 200-dən çox “fişinq” kiberhücumunu müəyyən etdiyini və bu hücumların məqsədinin yüksək rütbəli İsrail rəsmilərinin şəxsi məlumatlarını əldə etmək olduğunu açıqlayıb.

Şin Betin məlumatına görə, bu kiberhücumların qurbanları arasında İsrailin yüksək səviyyəli təhlükəsizlik, siyasi, akademik və media şəxsiyyətləri də yer alır. Fişinq, istifadəçi məlumatlarını oğurlamaq üçün tez-tez istifadə edilən kiberhücum növüdür.

“The Times of Israel”in məlumatına görə, hakerlər israilliləri proqram təminatı quraşdırmağa razı salmaqla şəxsi məlumatlarına giriş əldə etməyə çalışıblar və bəzi hallarda bu məlumatlar gələcək hücumlar üçün istifadə olunub.

Şin Bet hakerlərin, qurbanlarının şübhələnməməsi üçün hər biri üçün xüsusi hekayələr hazırladıqlarını bildirib. Məsələn, belə hallardan birində haker özünü İsrailin Nazirlər Kabinetinin naziri kimi təqdim edib və qurbana İsrailin Baş naziri ilə görüşü koordinasiya etdiyini bildirərək ona yaxınlaşıb.

Şin Bet əlavə edib ki, kiber kampaniyanın qurbanları müəyyən edilib və onlara bu barədə məlumat verilib. İsrailin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı, haker hücumlarının dəqiq vaxtını açıqlamayıb.

Son aylarda İran İslam Respublikası İsrailin hədəfləri və səlahiyyətliləri ilə əlaqə saxlamaq məqsədilə aldatma əməliyyatları və saxta məlumatlar yaymaqla fəaliyyət göstərib.

İsrail mediası dekabrın 3-də bildirib ki, İran hökumətinin agentləri məlumat toplamaq və ya İsrailin yüksək rütbəli rəsmiləri ilə əlaqə saxlamaq üçün iki İsrail nazirinə saxta dəvət göndəriblər.

Bu ilin sentyabr ayında Reuters, İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat təşkilatına aid “APT 42” və ya “Charmin Kiten” kimi tanınan haker qruplarının fəaliyyətini vurğulayan məlumat yayıb.

Keçən ilin mart ayında isə Google-un törəmə şirkəti olan “Mendiant” kibertəhlükəsizlik və informasiya texnologiyaları şirkəti İran-Nexus casusluq fəaliyyəti ilə bağlı yeni təhlükənin aşkar edildiyini açıqlamışdı.

İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Hindistan və Albaniya təşkilatları da hədəf alınmışdı.

Qeyd edək ki, İranın haker qrupları müxtəlif isimlərlə tanınır. Məsələn, APT 33, APT 34, APT 35, və APT 42 kimi tanınan qruplar, İranın kiber casusluq və hücum fəaliyyətlərində tanınan adlardır. Bu qruplar, xüsusilə enerji, müdafiə və maliyyə sektorlarına qarşı hücumlar həyata keçirir. İran kiber təhlükəsizlik və kiberhücum sahəsində böyük investisiyalar edib və yaxşı təcrübəyə sahib mütəxəssislər yetişdirib. İranın kiber gücü, həmçinin əhatəli dövlət dəstəyi və resurslar sayəsində daha da güclənir.

Xəbəri paylaş

VİDEOLAR