İsrail iqtisadiyyatına YENİ ZƏRBƏ

İsrail iqtisadiyyatına YENİ ZƏRBƏ

Sionist rejimin iqtisadiyyatının Qəzza zolağında aylarla davam edən müharibənin yükü altında beli büküldüyü halda, təqaüdçülərin əmanətlərindən 133 milyon dollardan çox vəsaitin yoxa çıxması bu rejimin çökmüş iqtisadiyyatına daha bir zərbə vurdu.

Az.rasthaber.com xəbər verir ki, "Əl-Ərəbi əl-Cədid"in məlumatına görə, sionist rejimin təqaüdçülərinin "Slice" kimi tanınan əmanətlərinin cinayət işində 800 milyon şekel (213 milyon dollar) əmanətdən 500 milyon şekel (133 milyon dollardan çox) yoxa çıxıb.

İşğal olunmuş ərazilərdə yaşayan sionistlərin böyük bir qrupunun daxil olduğu bu cinayət işində, 105 min nəfərin mülk və əmanətlərinə çıxışı qadağan edilib və onları almağa ümidləri yoxdur.

Xəbəri paylaş

VİDEOLAR