İsrail İordan çayının qərb sahilində zülmünü davam etdirir

İsrail İordan çayının qərb sahilində zülmünü davam etdirir

Sionist rejim qüvvələri HƏMAS ilə “humanitar fasilə” razılaşmasından sonra işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhər və qəsəbələrinə reydlərini artırıb.

Az.rasthaber.com xəbər verir ki, Əl Mayadeen-in məlumatına görə, sionist rejim ünsürləri Ramallahın qərbində yerləşən Beytunya qəsəbəsinə basqın ediblər. Rejim qüvvələri fələstinli əsirləri daşıyan avtobusların gəlməsini gözləyənlərə hücum edib.

Sionist qüvvələr Nablusun şərqindəki Beyt Furik bölgəsinə də basqın ediblər.

Fələstin mediası Beyt Lahim şəhərinin cənubundakı Dehişe Qaçqınlar Düşərgəsinə edilən basqın nəticəsində ən azı 4 fələstinlinin yaralandığını bildirib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Ramallahın şimal-qərbindəki Kəfr Ayn qəsəbəsində İsrail hərbçiləri tərəfindən vurulan və ağır yaralarla xəstəxanaya yerləşdirilən fələstinli Malik əl-Berqusi həyatını itirib.

Ramallahın qərbindəki Beytunya qəsəbəsində sionist əsgərlər tərəfindən vurulan bir fələstinlinin şəhid olduğu açıqlanıb.

Qəzzada "humanitar fasilə" davam edərkən İsrail İordan çayının qərb sahilində 260 fələstinlini həbs edib.

İsrail qüvvələrinin HƏMAS ilə əldə etdiyi əsir mübadiləsi razılaşması zamanı işğal altındakı İordan çayının qərb sahilində 260 fələstinlini nəzarətə götürdüyü bildirilib.

Xəbəri paylaş

VİDEOLAR