İsrail İmam Əli (ə) məscidini bombalayıb

İsrail İmam Əli (ə) məscidini bombalayıb

İsrail qüvvələri Qəzza sektorundakı Şeyx Zaid əl-Nəhəyyan məscidinə zərbə endirib.

Az.rasthaber.com “Anadolu”ya istinadən xəbər vverir ki, bu barədə Qəzza sektoru hökumətinin mətbuat katibi Səlamə Məruf məlumat verib.

O qeyd edib ki, 7 oktyabrdan bəri İsrail qüvvələri Qəzzadakı 55 məscidi tam dağıdıb, 112 məscid isə zərbələr nəticəsində müxtəlif zərərlər görüb.

İsrail qüvvələri bu gün həmçinin Qəzza sektorunun cənubundakı Əli ibn Əbu Talib (ə) və Əl-İsticabə məscidlərinə hücum edib.

Xəbəri paylaş

VİDEOLAR