İsrail humanitar yardımı müşayiət edən qrupları hədəfə alıb

İsrail humanitar yardımı müşayiət edən qrupları hədəfə alıb

İşğalçı İsrail ordusunun torpaq işğalını davam etdirdiyi Qəzza zolağının şimalına mərkəzdən humanitar yardımları müşayiət edən yerli qrupları hədəfə aldığı hücumda 23 fələstinlinin şəhid olduğu bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin dövlət televiziyasının məlumatına görə, sionist İsrail ordusu Qəzza şəhərinin mərkəzində Küveyt qovşağında humanitar yardımları müşayiət etmək üçün gözləyən yerli komandaları hədəfə alıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA işğalçı İsrail ordusunun yardımı müşayiət edən qruplara hücumu nəticəsində 23 fələstinlinin şəhid olduğunu bildirib.

İsrail ordusunun martın 14-də Qəzza zolağının Küveyt qovşağının yaxınlığında humanitar yardım maşınlarını gözləyən fələstinliləri hədəf alması nəticəsində 20 nəfər şəhid olub, 155-dən çox insan yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR