İsrail qüvvələrinin işğal olunmuş İordan çayının qərb sahilindəki Cenin şəhərinə basqını nәticәsindә 6 fələstinli yaralanıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, “Mustaribin” adı ilə tanınan İsrail mülki polisləri gecə radәlәrindә Cenin şəhərindəki sənaye bölgəsinə basqın ediblәr. Buna reaksiya verәn bir qrup Fələstinli ilә İsrail qüvvələri arasında toqquşma baş verib. Nәticәdә biri ağır olmaqla 6 fələstinli yaralanıb.
İsrail Sərhəd Polis idarәsindә yayılan açıqlamada isә İsrail qüvvələrinin Cenin şəhərinə nəzarət səbəbiylə baş çәkdiklәri әsnada Fәlәstinlilәrin hücumuna mәruz qaldıqları qeyd edilib.
Xatırladaq ki, işğal altında olan İordan çayının qərb sahili və Şərqi Qüdsdəki evlərə tez -tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nәzarәtә götürür.