İsrail hərbi mediası Qəzza zolağına hücum başlayandan (15 oktyabr 2023-cü il) bu yana 866 İsrail hərbçisinin öldürüldüyünü açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, bu hesabata görə, Qəzzəyə qarşı hücumların 18 mart 2025-ci ildə yenidən başlanmasından bu yana 18 əsgər və yerləşimçi öldürülüb, onlardan 8-i son bir həftə ərzində öldürülüb.
Bununla əlaqədar olaraq İsrail ordusu ötən gecə Xan Yunis şəhərinin şərqində yerləşən Bəni Suheylə məhəlləsində bombalanmış binanın partlaması nəticəsində 4 İsrail əsgərinin həlak olduğunu, daha 5-nin isə yaralandığını rəsmən açıqlayıb.