İsrail hərbi cinayətlərini Livanda da davam etdirir

İsrail hərbi cinayətlərini Livanda da davam etdirir

Cinayətkar İsrail ənənəsinə sadiq qalaraq, Livanda da dinc sakinləri hədəf alır.

Az.rasthaber.com xəbər verir ki, İşğalçı İsrail rejiminin Hərbi Hava Qüvvələrinin Beyrutun cənubundakı “El Mreyc” bölgəsinə hücumu zamanı səkkiz binadan ibarət yaşayış kompleksi dağıdılıb.

TASS informasiya agentliyinin məlumatına görə, qırıcılar bir saatdan az müddətdə Livanın paytaxtında səkkiz reyd keçiriblər.

Sionist rejim Qəzzada olduğu kimi Livanda da qaçqın düşərgələrini vurmaqdan çəkinmir. Belə ki, ötən gecə Livanda Rafik Həriri Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən “Burj əl-Barajna” qaçqın düşərgəsində də güclü partlayış səsləri eşidilib.

İnsan tələfatı ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.

Xəbəri paylaş

VİDEOLAR