Polis məscidə gedən yolda müsəlmanların qarşısını kəsib.
Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, İsrail polisi bu gün müsəlmanlara Qüds şəhərindəki “əl-Əqsa” məscidində cümə namazı qılmağa icazə verməyib.
Belə ki, polis məscidə gedən yolda onların qarşısını kəsib.
Ölkənin fərqli-fərqli yerlərindən gələn yüzlərlə fələstinli müsəlman Köhnə şəhərin girişində nəzarət-keçid məntəqəsi yaxınlığında yığışıb.
Gərginliyin artmasına baxmayaraq müsəlmanları şəhərə buraxmayıblar və onlar məcburən İordan çayının Qərb sahilinə geri qayıtmalı olublar.
Bununla yanaşı, “əl-Əqsa”-da oxunan cümə xütbəsində İslam dünyasını Fələstindəki müsəlmanların üzləşdiyi problemlərə biganə qalmamağa səsləyiblər.