İşğalçı sionist qüvvələri İordaniyanın işğal olunmuş İordan çayının qərb sahilindəki Cenin şəhərinə növbəti reyd zamanı 3 yerli sakini öldürüb, daha 29 nəfər yaralanıb.
Yerli mənbələrdən verilən məlumata görə, reyd zamanı bir sıra evlərin damında snayperlər növbətçilik edib.
Yerli fələstinlilərlə İsrail işğalçıları arasında qarşıdurma baş verib. Etirazçılara qarşı canlı güllələr, gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə edilib.
Fələstin Səhiyyə Nazirliyi də 29 nəfərin güllə yarası aldığını, onlardan beşinin vəziyyətinin ağır olduğunu bildirib.