İsrail hər gün Qəzzaya 200-ə yaxın hücum təşkil edir

İsrail hər gün Qəzzaya 200-ə yaxın hücum təşkil edir

İşğalçı İsrail Ordusu Radiosu Qəzzanın cənubunda qurudan hücumların başladığını açıqlayıb. Qəzzanın şimalından cənubuna qədər qırğınını davam etdirən İsrail, Kemal Advan xəstəxanasının girişinə hücum edərək 4 nəfəri öldürüb. Oktyabrın 7-dən Qəzzəyə 10 min hava hücumu həyata keçirən sionist İsrail 15 min 523 nəfəri şəhid edib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim ordusunun sözçüsü Daniel Həcəri mətbuat konfransında Qəzzada torpaq işğalını genişləndirməyə davam edəcəklərini bildirib.

Digər tərəfdən, sionist İsrail ordusunun sözçüsü tərəfindən verilən açıqlamaya görə, işğalçı rejim ordusu Qəzza zolağında 10 min nöqtəyə hava zərbələri endirib. İsrailin Qəzzanı işğalında iştirak edən quru qoşunlarının da hava qüvvələrinin hədəfin müəyyən edilməsində koordinasiya rolunu üzərinə götürdüyü bildirilib.

Sionist İsrail ordusu noyabrın 24-dən dekabrın 1-ə qədər olan toqquşmalarda bir həftəlik “humanitar fasilə” istisna olmaqla, Qəzzaya davamlı hücumlar həyata keçirib. Sionist rejim Qəzzəyə hücum etdiyi 51 gün ərzində gündə orta hesabla 196, hər saatda 8,1 hava hücumu həyata keçirib.

İsrail ordusu 1,7 milyon insanın didərgin düşdüyü, ən azı 10 mini qadın və uşaq olmaqla 15 min 500-dən çox insanın həlak olduğu Qəzza zolağında hər 10 dəqiqədə 1,36 bombardman həyata keçirib.

Yenə Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərə görə, sionist İsrailin 10 mindən çox fələstinlinin sığınacaq kimi istifadə etdiyi Kemal Advan xəstəxanası şəhərciyinin giriş qapısına hava hücumu təşkil etdiyi bildirilib. 

İşğalçı İsrailin xəstəxana girişinə təşkil etdiyi hücum nəticəsində ən azı 4 məcburi köçkün fələstinlinin şəhid olduğu, 9 nəfərin yaralandığı bildirilən xəbərdə hücumun xəstəxanada müalicə alan xəstələrdə də böyük panikaya səbəb olduğu vurğulanıb. 

Xəbərdə İsrailin bölgəyə intensiv hücumları səbəbiylə cəsədlərin dəfn edilə bilməyəcəyi, Kemal Advan Xəstəxanasında 35-dən çox cəsədin yığıldığı vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR