İsrail: HƏMAS-ın yeraltı mövqelərini vurduq

İsrail: HƏMAS-ın yeraltı mövqelərini vurduq

İsrail Ordusu açıqlama yayıb

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İsrail Qəzza zolağında HƏMAS hərəkatının hərbi qanadı İzzədin əl-Qəssam briqadalarına məxsus hədəflərə hava zərbələri endirib.

Bölgədəki mənbələrdən əldə edilən məlumata görə, Qəssam briqadasına məxsus bəzi nöqtələr təyyarə və vertolyotlardan atılan raketlərlə vurulub.

İsrail ordusunun açıqlamasında bildirilib ki,  Müdafiə Nazirliyinə məxsus döyüş vertolyoru Qəzzanın şimalında HƏMAS-ın yeraltı əməliyyatlar üçün istifadə etdiyi infrastruktura zərbələr endirib.

Açıqlamada həmçinin Qəzzadan İsrail tərəfinə üzərinə partlayıcı madələr qoyulan şartların buraxıldığı və həmin hava hücumunun bu səbəbdən edildiyi də bildirilib.

Hava zərbələri nəticəsində ölən yaxud yaralanan olub olmadığına dair hələ də məlumat verilməyib.

Xəbəri paylaş

VİDEOLAR