İsrail: HƏMAS-a aid iki nöqtəni vurduq

İsrail: HƏMAS-a aid iki nöqtəni vurduq

İsrail Ordusu Qəzzaya cavab zərbəsi endirdiyini bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, Qəzzadakı təhlükəsizlik mənbələrindən alınan məlumata görə, İsrail qırıcıları biri şimalda Beyt Lahiyə, digəri cənubda Xan Yunus bölgələrində iki nöqtəni bombalayıb.

Qırıcılar şəhərin cənubundakı Rəfah bölgəsində isə bir kənd təsərrüfatı sahəsini bombalayıb.

İsrail Ordusundan verilən açıqlamaya görə, İsrail qırıcıları biri yer altında, digəri isə HƏMAS hərəkatına aid bir dəniz hədəfini bombaladığını, şimalda isə HƏMAS-a aid hərbi bir nöqtəyə zərbə endirdiyini bildirib.

Açıqlamada, axşam saatlarında Qəzzadan İsrailə raket hücumu həyata keçirildiyi önə çəkilib.

Raket hücumu ilə bağlı ətraflı məlumat verilməyib, Qəzzadan isə hücumu öz üzərinə götürən olmayıb.

Xəbəri paylaş

VİDEOLAR