İsrail həbsxanasındakı 15 fələstinli xəstə məhbus aclıq aksiyasına başlayıb

İsrail həbsxanasındakı 15 fələstinli xəstə məhbus aclıq aksiyasına başlayıb

Sionist rejim həbsxanasında səhhətində problem olan 15 fələstinli ağır həbs şəraitinə etiraz olaraq 3 günlük aclıq aksiyası keçirmək qərarına gəlib.

Az.rasthaber.com xəbər verir ki, mövzu ilə bağlı yazılı açıqlama verən Fələstin Məhbuslar Dərnəyi, Remle Həbsxanasının klinikasında yaşayan və səhhətində problem olan 15 məhbusun 25 may tarixindən etibarən 3 gün aclıq aksiyası keçirməyə qərar verdiyini bildirib.

Açıqlamada İsrail həbsxanalarında xəstələrin sayının artdığı, məhbusların tibbi laqeydliyə məruz qaldığı və əsas ehtiyaclarının təmin edilməsinin gecikdirildiyi bildirilib və hüquqları pozulan xəstə məhbuslara dəstək olmaq, onların vəziyyətini yaxşılaşdırmaq və azadlığa çıxmaları üçün iş görmək çağırışı edilib.

Açıqlamada aclıq aksiyasının xəstə məhbuslar üçün “qərar vermək üçün ən çətin addım” olduğu da vurğulanıb.

Fələstin Əsirlər və Keçmiş Məhbuslar Komissiyasının məlumatına görə, sionist rejim həbsxanalarında 700-ü xəstə olmaqla 4900 fələstinli məhbus var.

Xəbəri paylaş

VİDEOLAR