Nazir Hadmi, son 1 ayda dördüncü dəfə İsrail polisi tərəfindən saxlanılır.
Rasthaber Azərbaycan xəbər verir ki, Fələstin Administrasiyasına bağlı Qüds İşləri naziri Fadi əl-Hadminin ofisindən verilən yazılı açıqlamada bildirilib ki, İsrail polisi və xüsusi xidmət əməkdaşlarındam ibarət çox sayda güc strukturu əməkdaşı Hadminin işğal altındakı Şərqi Qüdsə bağlı Əs-Savanna bölgəsindəki evinə basqın həyata keçirilib.
Açıqlamada basqın sırasında evin xarici və daxili qapılarının qırıldığı, evin içində itlərlə axtarış aparıldığı, evdəki 10 min İsrail Şekeli (2750 dollar) müsadirə edildiyi önə çəkilib.
Axtarış zamanı evə zərər verildiyi bildirilən açıqlamada, nazir Hadminin istintaq mərkəzinə aparıldığı, saxlanılma səbəbi isə təqdim olunmayıb.
Nazir Hadmi, son 1 ayda dördüncü dəfə İsrail polisi tərəfindən saxlanılır.