İsrail güc strukturları 22 fələstinlini saxlayıb

İsrail güc strukturları 22 fələstinlini saxlayıb

İsrail qüvvәlәrinin işğal altındakı İordan çayının qәrb sahili vә Şәrqi Qüdsün müxtәlif bölgәlәrinә tәşkil etdiyi basqın nәticәsindә 22 fәlәstinli saxlayıb

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, bu barәdә Fәlәstin Әsirlәr Cәmiyyәtindәn verilәn mәlumatda bildirilib. 

İsrail әsgәrlәrinin  İordan çayının qәrb sahili vә Şәrqi Qüdsün bәzi bölgәlәrinә basqın tәşkil etdiyi qeyd olunur.

Basqın zamanı müxtәlif iddialar irәli sürülәrәk 22 fәlәstinlinin saxlanıldığı vurğulanıb. İşğal altındakı İordan çayının qәrb sahili ilә Şәrqi Qüdsdәki evlәrә tez-tez basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Saxlanılan fәlәstinlilәrdәn bәzilәrinin günlәrlә nәzarәt mәntәqәlәrindә saxlanıldığı bildirilir.

Digәr tәrәfdәn İsrail qüvvәlәri işğal altındakı İordan çayının qәrb sahilindәki Әl-Xәlil şәhәrindә fәlәstinlilәrә aid iki evi dağıdıb.

Yerli mәnbәlәr evlәri dağıdılan 12 fәlәstinlinin evsiz qaldığı ilә bağlı mәlumat yayıb.

Xəbəri paylaş

VİDEOLAR