İsrail generalı İranın “Hizbullah-2” planından danışıb

İsrail generalı İranın “Hizbullah-2” planından danışıb

İsrail Ordusunun generalı İranın Suriyada nəzərdə tutduğu daha güçlü “Hizbullah-2” planının dayandırıldığını bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İsrail Ordusunun Baş qərargah rəisi Aviv Koxavi deyib.

O, İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda çıxışı zamanı bildirib ki, İsrailin və müttəfiqlərinin tədbirləri nəticəsində İranın Suriya ərazisində “Hizbullah-2” layihəsi dayanmış olub.

Yaxın Şərqdə orta hesabla həftədə bir dəfə İran və ona bağlı qüvvələrə qarşı əməliyyatın keçiridiyini deyən Koxavi bildirib ki, İran, “Hizbullah-2” layihəsi çərçivəsində quru hədəfələrin vurulması üçün minlərlə raketi bölgədə yerləşdirməyə çalışıb.

O bildirib ki, əməliyyatlar nəticəsində İran Suriyadakı silahını və hərbi qüvvələrinin sayını azaldıb.

Qeyd edək ki, Suriyanın Colan Yüksəkliklərini işğal altında saxlayan İsrail, İrana bağlı qüvvələrin hədəfə alınması adı altında ara-sıra Suriya ərazisinə təcavüz edir.

Xəbəri paylaş

VİDEOLAR